Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb. Siyahıda Azərbaycan klubu da var. 

Unikal.org xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.

Cədvəldə Azərbaycanın ən yaxşı komandası "Qarabağ” da var. Təmsilçimiz ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandasıdır.