Bu gün İngiltərə Premyer Liqasında 24-cü tura start veriləcək.

Unikal.org xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçiriləcək. Son turda “Kristal Pelas”la oyunda xal itirən “Mançester Siti” bu dəfə “Şeffild Yunayted”in qonağı olacaq.

Turun mərkəzi görüşü Londonda keçiriləcək. “Çelsi” doğma azarkeşləri qarşısında əzəli rəqibi “Arsenal”ı qəbul edəcək. Lider “Liverpul” isə bu turda “Vulverhempton” səfərinə yollanacaq.

İngiltərə Premyer Liqası, 24-cü tur

21 yanvar

23:30 Aston Villa – Uotford
23:30 Bornmut – Brayton
23:30 Kristal Pelas – Sauthempton
23:30 Everton – Nyukasl
23:30 Şeffild Yunayted – Mançester Siti
00:15 Çelsi – Arsenal

22 yanvar

23:30 Lester – Vest Hem
23:30 Tottenhem – Norviç
00:15 Mançester Yunayted – Bernli

23 yanvar

00:00 Vulverhempton – Liverpul