Hadisə Türkiyədə xarici vətəndaşların ölkəyə qanunsuz girişi ilə bağlı aparılan polis əməliyyatı zamanı aşkar olunub.

Unikal.org məlumat verir ki, polis tərəfindən saxlanılan  iranlı vətəndaş gizli yolla narkotik keçirtməyə çalışıb. 

Belə ki, iran vətəndaşın mədəsində 100 kiçik paketdən ibarət narkotik maddəsi aşkar olunub. Polisə açıqlama verən şəxs həmin paketləri udaraq gizli yolla sərhədi keçirtmək istəyini bildirib.

Gülayə Mecid