Norveçdə Kendall Jenner kimi tanınan gənc model  Emma Ellingseni  digər modellərdən fərqləndirən bir sirri ortaya çıxıb. 

Unikal.org məlumat verir ki, 2001-ci il təvəllüdlü norveçli model və "Youtuber"  Emma Ellingsen mətbuata açıqlamasında dəvvəl kişi olduğunu bildirib.

Belə ki, gənc model bunu 8-9 yaşında olarkən fərq edib. Uşaq bağçasından bəri  gəlinciklər və qızlarla oynayan, bəzəkli geyimlərə üstünlük verən gənc qız, bu yaşda "Yanlış bədəndə doğuldu" sənədli filmini izlədikdən sonra bir qız olduğunu anlayıb. 

Anasının üzünə deməkdən utanan Emma ona mesaj yazaraq etiraf edib. Emmanın  ailəsi bu məsələni çox yumşaq qarşılayıblar. O heç kimin mühakimə etmədiyi bir ölkədə anadan olduğundan çox məmnun olduğunu söyləyib. 

Özünün dediyinə görə, insanların onun trans olduğuna inanmamasının səbəbi, cinsi əlaqəyə olduqca erkən başlaması olub. 

Norveçdə bir televiziya şousunda çıxış edən Emma Ellingsen həyatını sosial şəbəkələrdən paylaşaraq  model və “Youtuber” kimi daha çox izləyici qazandığını vurğulayıb.

Gülayə Mecid