Bakıda ötən il evdən 2000 manatlıq oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan V.Salamovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1000 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.