Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org "report"-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1941-cı il təvəllüdlü Ağayeva Mötəbər Abbasəli qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.