Yevlax rayonunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Yevlaxda taksi fəaliyyəti göstərən "VAZ-2106" markalı avtomobil "Shachman" markalı yük maşını ilə toqquşub. Nəticədə iki nəfər - Yevlax rayon sakini, sürücü, 1987-ci il təvəllüdlü Əmirov Anar Əfqan oğlu və 1984-cu il təvəllüdlü Günel Adıgözəlova xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.