“Qarabağ” “Leqanes”dən transfer etdiyi Kvabena Ovusu ilə müqavilənin müddətini açıqlayıb.

Unikal.org xəbər verir ki, 22 yaşlı hücumçuyla 2,5 illik müqavilə imzalanıb. Bu barədə klubun mətubat xidməti məlumat yayıb.

Son mövsümdə İspaniyanın B Sequndasında mübarizə aparan “Kordoba”da icarə əsasında çıxış edən Ovusu, 16 oyunda 6 qol vurub. Hücumçu 23 yaşadək futbolçulardan ibarət Qana millisinin də üzvüdür.