Meksika əfsanəsi Zlatan İbrahimoviçin yerinə  "LA Galaxy"ə transfer olunan “Çiçarito” ləqəbli “Sevilya”nın futbolçusu Xavyer Hernandesin həyat yoldaşı Sarah Kohan qeyri-adi gözəlliyi ilə izləyicilərini valeh edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyalı olan 26 yaşlı Kohan, "Notre Dame Universiteti"ndə hüquq fakültəsini bitirib. Bununla belə, o, Harvard və Kolumbiya universitetlərində təlim kurslarında da iştirak edib.

Kohan Hollandiyadakı Beynəlxalq Cinayət Məhkəməsində təcrübə keçmək istəsə də, modellik karyerası buna mane olur. İnstaqramda 1,5 milyon izləyicisi olan 26 yaşlı Kohan çılpaq pozaları ilə böyük diqqət çəkib.

Futbolçu Javier Hernandezin həyat yoldaşı Sarah Kohan həm gözəlliyi və həm də istedadı ilə diqqət çəkir.

Kohan, çılpaq poza verməyi çox sevdiyini tez-tez dilə gətirir.

Model səyahət etdiyi yerlər barədə də fikirlərini oxucuları ilə bölüşür. Ötən yay“Çiçarito” ilə evlənən Sarah Kohanın hazırda bir övladı var.