Spinazzola qarşılığında Romaya dəyişdiriləcəyi deyilən, lakin transferi ləğv edilən "İnter"in ulduzu Matteo Politano, bu dəfə  xəyanət iddiaları ilə gündəmdədir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Silvia Di Vincenzo ilə evli olan Politano etdiyi xəyanət səbəbindən 2 aydır həyat yoldaşından ayrı yaşayır. 

Matteo Politano həmkarı Radja Nainggolan  sevgilisi olmuş Ginevra Francesca Sozzi ilə gizli eşq yaşayır.

İtalyan mətbuatı Politano və Sozzinin ictimai media paylaşımları, xəyanət iddialarını gündəmə gətirib.

Politano ilə Sozzi çox qısa fasilələrlə, eyni itin fotoşəkilini paylaşaraq "Xoş gəldin Baloo" mesajını yazıblar.

Bu iddialara baxmayaraq, Politanonun həyat yoldaşı Silvia Di Vincenzo, ulduz futbolçu ilə çəkdirdiyi fotolarını sosial media hesabından çıxarmayıb.