ABŞ-ın Florida ştatında qəribə hal yaşanıb.

Unikal.org Amerika mətbuatına istinadən xəbər verir ki, daha çox turistik bölgə hesab edilən Floridada havaların soyuq keçməsi səbəbindən ağaclardan düşən iquanalar insanlarda qorxu yaradıb. Böyük ölçüdə olan iquanaların insanların üzərinə düşmə təhlükəsi olduğunu bildirən mütəxəssislər "Gəzərkən diqqətli olun, ağacdan iquana düşə bilər. Yerə düşən iquana görsəniz ehtiyatlı olun. Hərəkətsiz dayansalar da ölü deyillər." sözlərini deyib.