Çinin Vuhan şəhərində yayılmış koranavirusa yoluxanların sayı artmaqdadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Vuhan şəhərində lentə alınan görüntülərdə dəhşətli virusa yoluxan 2 nəfərin küçənin ortasında yerə yıxıldığı görünür. Hadisə yerinə gələn təcili yardım əməkdaşları xəstələrə müdaxilə edib.

Daha öncə də xəbər verdiyimiz kimi, Çində bu dəhşətli virusa yoluxmaları nəticəsində 17 nəfər dünyasını dəyişib.