Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb. Yeni yol tikintisində çalışan   Tovuz rayon sakinləri - 44 yaşlı Suliddin Abdullayev, Nihad Xudayi və  40 yaşlı Ayət Abduləzizov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra xəstələr Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. Onların Türkiyənin “Polad Yol Yapı” şirkətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.