ABŞ-ın Texas ştatında dəhşətli partlayış olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, polis partlayışın Hyuston şəhərində  bir sənayə müəssisəsində baş verdiyini bildirsə də, hadisənin nə səbəbdən baş verməsi hələlik məlum deyil. 

Ölən və yaralanların olub-olmaması da hələ ki açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.