Türkiyənin reytinq rekordları qıran serialı “Eşkıya Dünyaya Hükümdar Olmaz”a yeni aktrisalar transfer olunub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha öncə də serialda rol alan Sanem Çelik yenidən "Ceylan" rolunu canlandıracaq. Olcay Yusufoğlu isə Tufanın qızı rolu ilə seriala daxil olacaq.

Serial hər həftənin çərşənbə axşamı, Türkiyənin ATV kanalından yayımlanır.