Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Bildirilib ki, təbii fəlakət zamanı azı 225 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.
Hazırda hadisə bölgəsində xilasetmə işləri aparılır. Əlavə məlumat veriləcək.