Elazığda baş verən və bir çox bölgədə hiss edilən zəlzələnin fəsadlarının aradan qaldırılması, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyatı qurumlarımız bütün lazımi tədbirləri görür.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də yazıb.

O qeyd edib ki, Ətraf mühüt və və şəhərsalma, daxili işlər və səhiyyə nazirləri bölgəyə göndərilib.

“Türkiyə Prezidenti olaraq işləri yaxından izləyirik. Bütün qurum və təşkilatlarımızla, xüsusən də Qızılay və Fövqəladə Halların İdarəolunması Agentliyi başda olmaqla, millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara təcili şəfa diləyirəm", - deyə Ərdoğan yazıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 1015-dən çox insan yaralanıb.