Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə baş vermiş güclü zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Unikal.org xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində məlumat yerləşdirilib.

“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - məlumatda qeyd olunub.