Nyu-Dehlinin şimal-şərqindəki Bhacanpur bölgəsində bir məktəb hazırlığı mərkəzinin çökməsi nəticəsində azı beş nəfər, o cümlədən dörd uşaq ölüb.

Unikal.org xəbər verir ki, ölənlər dörd məktəbli və bir müəllim olub.

Bundan əvvəl Hindistanın “Outlook” jurnalının elektron versiyası tikinti işlərinin aparıldığı binanın çökməsi nəticəsində 13 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir.