125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Faiq Kərimovun seçicilərlə növbəti görüşü baş tutub.

Unikal.org xəbər verir ki, Faiq Kərimov St Sumqayıtda yaşayan Qubadlıdan və Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən yataqxanada məskunlaşan Zəngilan rayonundan olan məcburi köçkünlərlə görüşərək onların problemləri ilə maraqlanıb.

F.Kərimov görüş zamanı seçiciləri 9 fevral tarixində baş tutacaq parlament seçkilərində aktiv iştirak etməyə çağırıb.