Ermənistanda xəsarətlə nəticələnən kütləvi dava olub.

Unikal.org xəbər verir ki, hadisə Ararat vilayətində qeydə alınıb. Ayhavan kəndində baş verən insident zamanı 2 nəfər bıçaq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin başvermə şəraiti və qarşıdurma tərəflərinin şəxsiyyətləri araşdırılır. Qeyd edilir ki, hadisə yerində tapança aşkarlanıb.

Fakt üzrə materiallar toplanılır.