Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsi (AFAD) Elazığ şəhərinin Sivricə rayonunda yanvarın 24-də meydana gələn 6,8 ballıq zəlzələ qurbanlarının sayının artaraq 31 nəfər çatdığını açıqlayıb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, bölgəyə  9 min 545 çadır, ehtiyac duyulan qida və yaşayış üçün lazım olan əşyalar göndərilib.

76 binanın uçduğu, 642 binaya ziyan dəydiyi, 425-ində isə yüngül zədələr olduğu müəyyən edilib.

Dağıntılar altından 45 nəfər xilas edilib. 1556 nəfər isə xəstəxanaya yerləşdirilib.

Zəlzələdən sonra 599 yeraltı təkan qeydə alınıb.