Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı avtobusla “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində “VAZ-2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və onların azyaşlı qızı Aysu Quliyeva ölüb. Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Qəza nəticəsində habelə “Mercedes-Benz” markalı sərnişin avtobusunun sərnişinləri, Bakı sakinləri - 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı xəsarət alan digər yaralılar təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparılıblar.

xxx

11:22

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.