Yanvarın 25-də 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov Mollaisaqlı, Kürdeldarbəyli, Gideyli və Quşencə kəndlərində seçiciləri ilə görüşü olub.

Unikal.org xəbər verir ki, görüşə gələn insanlar namizədə olan inamlarını ifadə edərək bu seçkilərdə bir daha ona uğurlar arzulayıblar.

Novruz Aslanov da öz növbəsində onun görüşünə gələn insanlara təşəkkür edərək, rayonda sosial-iqtisadi sahədə aparılan işlərdən, yeni infrastruktur layihələrdən söhbət açıb. Kəndlərdə inşa edilən və ya əsaslı təmir edilən təhsil ocaqlarını misal gətirərək dövlətin bu sahədə, həmçinin insanların bölgələrdə məşğulluğunun artırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumatlar verib. Bununla da Novruz Aslanovun təbliğatı 37 kənddə baş tutub.

Günün ikinci yarısı Novruz Aslanov rayon ağsaqqalları və dini icmanın nümayəndələri ilə görüşü keçirilib. Rayonun şadlıq sarayında keçirilən tədbirdə ağsaqqllar çıxış edərək Novruz Aslanovun hər həftə İsmayıllıya gələrək görüş-qəbullar keçirməsindən, kəndlərə getməsindən, insanların problemləri ilə maraqlanmasından və həllinə çalışmasından danışaraq bu işlərin davamlı olmasını arzulardılar. Dini nümayəndələr də bu arzuya qoşularaq Novruz Aslanova öz etimadlarını bildirdilər. Dini icmanın nümayəndəsi 92 yaşlı Meşədi Ağakərim söz alaraq Novruz Aslanova uğurlar arzulamaqla yanaşı, bir daha rayon sakinlərinin onu dəstəklədiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Digər çıxış edənlər namizədə yerli sakinlərin onunla daimi ünsiyyətə şərait yaratdığı üçün məmnun olduqlarını bildirdilər.

 Novruz Aslanov tədbirin sonunda görüşə gələn hər bir insana öz təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, təşviqat kampaniyası bu gün də kəndlərdə davam etdiriləcək.