Oğuz rayonunda baş vermiş yanğın söndürülüb

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında  dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb. ETSN-nin mətbuat katibi İradə İbrahimova Unikal.org-a bildirib ki,  yanğın ümumilikdə 1 hektara yaxın  ərazini əhatə etsə də,  30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.