TV8 və “Acun Medya”nın rəhbəri Acun Ilıcalı Elazığdakı zəlzələdə zərər görən vətəndaşlara yardım kampaniyasına start verib. 

Unikal.org-un məlumatına görə, 5 saat davam edən proqram müddətində 51 milyon TL-dən (təxm: 14 milyon 575 min 800 AZN) çox pul toplanıb. 

Acun həmin məbləğə TV 8-in 26 yanvar tarixində qazanılan reklam gəlirlərinin də əlavə olunacağını açıqlayıb. 

Xeyriyyə kampaniyasına tanınmış iş adamları, siyasətçilər, idmançılar, mədəniyyət üzvləri qoşulublar. 

Gülayə Mecid