Sloveniyalı otüstü xokkeyçi Andreja Rituper növbəti dəfə paylaşımı ilə diqqət çəkib. 

Unikal.org-un məlumatına görə, ona izləyiciləri “tez-tez ayaqlarını göstərirsən” deyib. Xokkeyçi qadın isə ona elə deyənlərə maraqlı cavab verib.

33 yaşlı idmançı fitness salonlarında və çimərlikdə olarkən çəkilən fotolarını sosial şəbəkədə tez-tez paylaşır. Bununla bağlı ona “tez-tez ayaqlarını və ombanı göstərirsən” deyənlərə belə cavab verib:

“Bəli, mən ayaqlarımı göstərməyi sevirəm. Sizin “Ferrari”niz olsa, onu “qaraj”da saxlamaq istəməzsiz”.

Qeyd edək ki, 17 ildir xokkeylə məşğul olan Rituper, bu idman növündə ölkəsindən kənarda karyerasını davam etdirən ilk sloveniyalı idmançı kimi adını tarixə yazdırıb.