Bu gün 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Zeyqəm Hüseynov Xaçmaz rayonunun Yalama və Nabran qəsəbələrində seçicilərlə növbəti izdihamlı görüş keçirib.

Unikal.org xəbər verir ki, görüşdə deputatlığa namizəd Zeyqəm Hüseynov bildirib ki, qədirbilən Xaçmaz seçiciləri hər zaman dövlətçiliyin inkişafına dəstək olublar və siyasi fəallıqları ilə seçiliblər.

Namizəd seçicilərinə 9 fevral tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyyə edib. O, seçicilərin şikayət və problemlərini dinləməyə hazır olduğunu, problemlərin həllində bütün imkanları ilə çalışacağını deyib.

Görüşə gələn seçicilər namizədə olan inamlarını ifadə edərək seçkilərdə Zeyqəm Hüseynova uğurlar arzulayıblar. Seçicilər Zeyqəm Hüseynova müraciət edərək, məntəqələrə gəlib ona səs verəcəklərini bildiriblər.