Herat-Kabul reysi ilə hərəkət edən “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 13:10-da Əfqanıstanın şərqində, Qəzni vilayətinin Deh Yak rayonunda baş verib. 

Təyyarənin içərisində 83 sərnişin olub.

Qəzanın baş verdiyi əraziyə “Taliban” qüvvələri nəzarət edir.

Hadisə yerinə Əfqan xüsusi təyinatlıları göndərilib.