Dünya mediası “Qarabağ”ın Cüzeppe Paniko ilə maraqlanması barədə məlumatlar yayıb.

Unikal.org xəbər verir ki, bu dəfə “SKY Sport” və “Goal” nəşrləri belə iddia ilə çıxış ediblər. İtaliyalı həmkarlarımız forvard üçün Ağdam təmsilçisinin “Çittadella”ya təklif göndərdiyini bildirib.

“Goal.com” da Panikonun klubunu tərk edəcəyini qeyd edib. Portal hücumçuya təklif göndərənlərin arasında “Qarabağ”ın olduğunu bildirib.