Türkiyədə koronavirus şübhəsi ilə əlaqədar 12 nəfər xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, Aksaray vilayətində 9-u Çin, 3-ü Türkiyə vətəndaşı olmaqla 12 nəfər koronavirusa yoluxmaqda şübhə bilinir. Həmin şəxslər baş gicəllənmə, ürəkbulanma və qusmadan şikayətləniblər.

9 Çin vətəndaşının 5 gün əvvəl Türkiyəyə gəldiyi məlum olub. Xəstələr həkim nəzarətinə alınıb.