Çinin Hubei əyalətində yeni növ koronavirusdan ölənlərin sayı gündə dörddə bir dəfə artaraq  125 nəfərə çatıb.

Unikal.org RİA Novosti-yə istinadən verdiyi xəbər verir ki, bu barədə yerli CGTN telekanalı məlumat yayıb.“Hubey əyalətində koronavirusdan 25 yeni ölüm hadisəsi qeydə alınıb. Virusa daha və 840 nəfər yoluxub. Ümumilikdə koronavirus yoluxan 3554 nəfər nəzarət altında saxlanılır”, - xəbərdə deyilir.