Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb. 

Xəstəlik Çinin Uhan şəhərindən gəlmiş ailənin üzvlərində aşkar edilib.

Bildirilib ki, xəstələrin vəziyyəti sabitdir, hazırda onlar tibbi müşahidə altındadırlar.