Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava məlumatın açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumatda deyilir:

Bakıda və Abşeron yarımadasında 

Yanvarın 30-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-6, gündüz  12-14, Bakıda  gecə 4-6, gündüz  12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.   

Azərbaycanın rayonlarında 

Yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  11-16 dərəcə  isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz 

Yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.