“Tofiq Qasımov ötən bazar günü – yanvarın 26-da vəfat edibmiş. Ailəsi bu barədə Azərbaycana gec məlumat verib”.

Unikal.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O qeyd edib ki, keçmiş xarici işlər naziri Tofiq Qasımov artıq dəfn olunub. O yanvarın 27-də uzun illərdir yaşadığı İsveçrənin Lütsern şəhərində müsəlman qaydası ilə torpağa tapşırılıb:

“Tofiq Qasımovun özünün vəsiyyəti, yoxsa ailəsinin istəyi ilə bu cür addım atılıb – hələlik bu barədə məlumatımız yoxdur. Müsavat Partiyası Tofiq bəyin anım tədbirini keçirməyi düşünür. Onun xatirəsinin yad edilməsi üçün addımlar atılacaq. Çünki o, Azərbaycan üçün böyük işlər görmüş siyasətçi, Azərbaycanın sabiq xarici işlər naziri, görkəmli alim idi. Müsavat Partiyasının da üzvü idi. Onun vəfatı bütövlükdə Azərbaycan xalqı üçün böyük itkidir”.