Yanvarın 29-da rayon icra hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzovun iştirakı ilə Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib.

Unikal.org xəbər veri ki, tədbirdə hesabat  məruzəsi ilə çıxış edən  Kürdəmir  şəhər  inzibati  ərazi nümayəndəsi  İlqar  Salmanov  2019-cu  ildə  görülən  işlər  və  2020-ci ildə qarşıda  duran  vəzifələr   barədə  yığıncaq   iştirakçılarına   ətraflı  məlumat  verdi. Məruzədə  qeyd  olundu ki, hesabat  ilində  Kürdəmir şəhərində  tikinti , quruculuq və abadlıq işləri geniş vüsət  almış , şəhərin  küçə  meydanlarının abadlaşdırılması  ilə  bağlı  təxirə salınmaz tədbirlər gerçəkləşdirilmişdir.

Daha sonra Kürdəmir şəhər bələdiyyəsinin sədr müavini Məzahir Qasımov, Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının direktoru Məhəmmədəli Surxayev, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov, rayon Yaşıllaşdırma idarəsinin rəisi Emil Sadıqov, şəhər sakini Tofiq Baloğlanov və başqaları çıxış edərək dövlətimizin başçısının  regionların  sosial-iqtisadi  inkişafı  istiqamətində həyata keçirdiyi işlərdən  razı qaldıqlarını, rayonlarda, qəsəbə və kəndlərdə  aparılan  quruculuq işlərini bəyəndiklərini bildiriblər.

Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzov 2019-cu il ərzində Kürdəmir rayonunda sosial-iqtisadi sahəsində görülmüş işləri geniş şərh edərək 2020-ci ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verdi. Tacəddin Novruzov  qeyd etdi ki, 2019-cu ildə rayon ərazisində xeyli işlər görülmüş, irimiqyaslı tikinti, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. O vurğuladı ki, Möhtərəm Prezidentimizin  rayonumuza  göstərdiyi  qayğı  və diqqət, aparılan sistemli iş, inkişafın  yeni  hədəflərinin  müəyyən   edilməsi onu deməyə əsas verir  ki, 2020-ci ildə  nailiyyətlərimiz  daha da artacaq, rayonumuz daha  da  abadlaşacaq,  əhalinin  rifah  halı  gündən-günə  yüksələcəkdir.

Tədbirdə mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq təkliflər verilib.