Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi, akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Unikal.org xəbər verir ki, Ə.Əmiraslanov deputatlığa namizəd olduğu 65 saylı seçki dairəsinə aid olan  Kürdəmir rayonunun Qocalı  kəndində seçiciləri ilə görüşüb. Görüşdə Qocalı kənd sakinləri ilə yanaşı, Xəlsə, Beyi və   Pirəköçə kəndlərdən olan seçicilər də iştirak etmişdir. Görüşdə çıxış edən akademik Əhliman Əmiraslanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Kürdəmir rayonunda da sosial layihələrin həyata keçirilməsini və ölkəmizdə əhalinin sosial rifahının getdikcə yaxşılaşdığını bildirdi. Ə.Əmiraslanov qeyd etdi ki,  görülən tədbirlərdən biri də vətəndaşlarımıza göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün icbari tibbi sığorta sisteminin tətbiqidir. Əhliman Əmiraslanov bununla belə, vətəndaşları narahat edən bəzi problemlərin də olduğunu qeyd edib. O, seçicilərin yenidən etimadını qazandığı halda,  hər zaman olduğu kimi bundan sonra da seçiciləri narahat edən məsələlərin Milli Məclisdə qaldırılması istiqamətində fəaliyyət göstərəcəyini, onların həlli naminə köməyini əsirgəməyəcəyini, hər zaman seçicilərinin yanında olacağını bəyan edib.

Görüşdə çıxış edən seçicilər də öz növbəsindəƏ.Əmiraslanovun deputat olduğu ötən  illər ərzində  seçicilərin  hər hansı bir problemlə bağlı deputata müraciət etdikdə dərhal lazımi köməklik göstərildiyindən  danışaraq, 9 fevralda yenidən hamılıqla Ə.Əmiraslanova səs verəcəklərini bildiriblər.