Türkiyənin Marmaris bölgəsində 4.5 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar bu gün yerli vaxtla saat 16:37-də qeydə alınıb.

Zəlzələnin episentri 35 km dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat verilməyib.