Türkiyənin reytinq rekordları qıran serialı “Eşkıya Dünyaya Hükümdar Olmaz”da rol aparan aktyor serialdan ayrılıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Şafak Sınırsız" rolunu canlandıran aktyor Murat Özbən serialda ssenari əsasında "Tufan" tərəfindən öldürülüb. İstanbul Dövlət Teatrının aktyoru olan Murat Özbən artıq “Eşkıya Dünyaya Hükümdar Olmaz”da rol almayacaq.

Qeyd edək ki, serial hər həftənin çərşənbə axşamı, Türkiyənin "ATV" kanalından yayımlanır.