Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, şəhərin Samux küçəsində “Niva” markalı avtomobil 2002-ci il təvəllüdlü Elnur Həsənovu vurub. Xəsarət alan gənc xəstəxanaya çatdırılıb. 

Qeyd edək ki, Elnur Həsənov Goranboy rayon sakinidir. Mingəçevirdə kolleclərdən birində təhsil alır. Hadisə də təhsil müəssisəsinin yaxınlığında baş verib.