Bakıda kişi naməlum şəraitdə bıçaq xəsarəti alıb.

Unikal.org “report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsində qeydə alınıb.

Məlumata görə, Bəhmanov Ceyhun Nizami oğlu sol əlindən bıçaq yarası alıb.

Xəstəxanaya aparılan yaralı əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.