Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org “Report”-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZel” markalı maşınla “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə təcili yardım maşını göndərilib.

Faktla bağlı araşdırma aparılır.