Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişıli kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay sakini, 1969-cu il təvəllüdlü Kərimov Kamran Oqtay oğlunun idarə etdiyi “VAZ-21010” markalı avtomobil İmişli sakini, 1972-ci il təvəllüdlü Nəsirov Azər Cavanəli oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ-2110”da olan sərnişin, Göyçay sakini 1968-ci il təvəllüdlü Kərimova Gülsanə Hümbət qızı müxtəlif növ bədən xəsarəti alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.