Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un "report"-a istinadən verdiyi məlumata görə, hadisə Həsənsu kəndində qeydə alınıb.

Kənd ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1958-ci il təvəllüdlü Xüdayar Zeynalovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.