Hollivud aktrisası, aktivist, evdə zorakılığa qarşı çıxan, qadın hüquqlarının müdafiəçisi Ember Herd keçmiş əri Conni Deppi döyürmüş.

Unikal.org xəbər verir ki, “Daily Mail”in məlumatına görə, bu barədə keçmiş cütlüyün arasında keçən danışığın mediaya sızmasından sonra xəbər yayılıb.

Ötən ilin mart ayında Depp evində quraşdırılmış kameralardan onlarla video təqdim etmişdi.

Kadrlarda Ember Herdin ərini döyməsi, hətta şüşə parçası ilə barmağını kəsməyə çalışması qeydə alınıb.

Həmin vaxt kadrlar mətbuatda yayımlanmadı, lakin təqribən bir ildən sonra “Daily Mail” onları dərc edib.

Kadrlarda gözünün altı qaralan Deppin üzü geniş planda verilib, həmçinin qanlı barmağı əks olunub.

Bundan başqa cütlüyün davasının səs yazısından aydın olur ki, Herd həqiqətən də Deppə müxtəlif əşyalar, o cümlədən tava və qazanlar atıb.

Aktrisanın özü etiraf edir ki, qəzəblənəndə ağlını itirir.

Yazılarda Depp Emberi “maniakal qəzəbli” olduğunu və onu döydüyünü deyir.

 “Sən ötən gecə məni vurdun, lənət şeytana… Mən bilərəkdən gecə getdim ki, bir-birimizi öldürməyək. Çünki  biz davam etsəydik hər şey çox pis bitə bilərdi. Mən bir gün cinayət törədəcəyimizdən çox qorxuram”, - deyə Depp bildirir və sevdiyi qadına ayrı otaqlarda yaşamağı təklif edir.

Ember isə cavabında bildirir ki, hər şeyin yaxşı olacağına, özünün sakitləşəcəyinə vəd verə bilmir, bəzən nə dərəcədə səbrsiz olduğundan şikayətlənir. Həmçinin o, ərinə bildirir ki, onu döymək istəməyib, sadəcə vurub (ehtimal ki, üzündən).

“Mən səni döymək istəmirdim, səni yumruqla vurmurdum. Bilmirəm əlim məhz hansı hərəkəti edirdi, ancaq bunu tam zərbə adlandırmaq olmazdı, sən zərər çəkməyibsən”, - deyə aktrisa bildirib.

O, həmçinin vurğulayıb ki, Deppin istiqamətinə əşyaların atılmasını döymək cəhdi kimi qiymətləndirmək lazım deyil.

Məhkəmədə Depp bəyan etmişdi ki, keçmiş arvadı ona şüşə, konserv bankaları, yanan şamlar, televizorun pultunu və sair atıb.

Bundan əvvəl Ember Herd sabiq ərini şahidləri pulla almaqda ittiham eləyib. Bu iş üzrə məhkəmə iclası cari ilin fevral ayına təyin olunub. Conninin vəkili əmindir ki, Ember bilərəkdən aktyorun reputasiyasını dağıdır və qalmaqalın köməyi ilə ondan daha çox pul almağa çalışır.

Herd və Depp 2015-ci ildə evlənib və artıq növbəti ildə aktrisa ərini evdə zorakılıq etməkdə ittiham edərək, boşanma üçün ərizə verib. Onlar rəsmi şəkildə 2017-ci ildə boşanıblar.