56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Zeyqəm Hüseynov Xaçmaz rayonunun Muqtadır qəsəbəsində, Uzunoba və Dədəli kəndlərində seçicilərlə növbəti izdihamlı görüş keçirib.

Unikal.org xəbər verir ki, namizəd seçicilərinə 9 fevral tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyə edib. O, seçicilərin şikayət və problemlərini dinləməyə hazır olduğunu, onları narahat edən məsələlərin həllində bütün imkanları ilə çalışacağını deyib.

Görüşdə seçicilər birmənalı olaraq qarşıdan gələn parlament seçkilərində öz namizədləri Zeyqəm Hüseynova səs verəcəklərini bildiriblər.