Müğənni Günel Ələkbərova (Pişik Günel) onu sosial şəbəkədə təhqir edən şəxsi taparaq üzr istədib.

Unikal.org xəbər verir ki, xanım ifaçı həmin şəxsin görüntülərini paylaşıb:

“Bu şəxs xəbər portalarında haqqımda yazılan xəbərlərin şərh bölməsində ünvanıma nalayiq söyüşlər yazmışdı. Monitor arxasında şir olanlar niyə dərk etmirsiniz ki, hətta saxta profildən istifadə edənləri belə asanlıqla tapmaq mümkündür və sonra da etdikləri qələtə görə aqibətləri yaxşı olmur. Axı hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir. Mən böyüklük edib bunu anasına xatir bağışladım. Çünki mən də  anayam və əsla bir ananın məyus olmağını qəbul edə bilmərəm. Ümid edirəm ki, bir daha belə hərəkət edib valideynlərini məyus etməz. 

Məni yaxından tanıyan hər kəs bilir ki, mən hər kəsə böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hörmətlə yanaşıram. Əsla şəxsən tanımadığım insanın haqqına girib, onun şərəf və ləyaqətinə toxunmaram. Hər zaman  təklənən insanların yanında olub, onları çalışdığım qədər müdafiə etmişəm. Əlimdən gəldiyi qədər, Allah rızası üçün nələrsə etməyə çalışmışam. Bəli bu o demək deyil ki, məni hər kəs sevməlidir. Xeyr, məni sevənlər də var, məndən zəhləsi gedib, nifrət edənlər də az deyil. Amma əsla kimsə mənim şərəf və ləyaqətimə toxuna bilməz. Kimliyindən, şəxsiyyətindən asılı olmayaraq, həmin adamı əzib keçərəm! Və sonda sözüm sosil şəbəkə vasitəsilə “şirə dönüb” insanları təhqir edənlərədir! Nə olar, insanı özündən çıxarıb, sizə pislik etməyə məcbur etməyin”.

Qeyd edək ki,  kimisə təhqir etmək Azərbaycan Respublukası Cinayət Məcəlləsi 148-ci maddəsi üzrə cinayətdir.