Bakıda qayda pozan yol polisi kameraya düşüb.

Unikal.org Avtosfer.az-a istinadən  xəbər verir ki, fevralın 4-ü paytaxtın Əsəd Əhmədov küçəsində hərəkət edən 99-YP-628 qeydiyyat nişanlı YPX avtomobilinin sürücüsü 1.1 xəttinin tələbini pozaraq əks istiqamətə çıxıb. O, qarşıdan gələn avtomobillə toqquşmamaq üçün sağ zolağa yerdəyişmə edib. Bu zaman sağ zolaqdakı avtomobilin qarşısına keçərək ona təhlükə yaradıb.