80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə  dairəni əhatə edən 40 kənddə görüşlərini başa çatdırıb. 

Unikal.org xəbər verir ki, deputatlığa namizəd yerdə alan bir neçə  gün ərzində seçki qərargahında vətəndaşlarla fərdi formada görüşlər keçirəcək.

Belə ki, kəndlərdəki görüşlər zamanı ayrı-ayrı müraciətlər Çingiz Qənizadə tərəfindən dinlənilib.  Müraciətlərlə  bağlı ətraflı məlumat almaq, yaxud da, ətrfalı məsləhətlər vermək üçün həmin şəxsləri  seçki qərargahına görüşə dəvət edərək onlarla fərdi qaydada  görüşlərini həyata keçirir.

Görüşlər zamanı insanları narahat edən bir çox məsələlər ətrafında ya onlara hüquqi  məsləhətlər verilir, ya da hüquqi sənədləşmələrə köməklik göstərilir. Eyni zamanda,  vətəndaşların məhkəmə, istintaq və digər orqanlarda olan işləri ilə bağlı seçicilərə müdafiə  hüququnun təmin edilməsi üçün  müəyyən istiqamətdə məsləhətlər  verilir.

Məlumat üçün bildirək ki, Çingiz Qənizadənin fərdi görüşləri növbəti günlərdə də davam etdiriləcək.