“Birlik üçün çalışdım, birliklə böyüdüm. Camaata güvənərək yola çıxdım”. 

Unikal.org xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev deyib. 

O, fikirlərini “Facebook” hesabında yayımlanan videoçarxda bölüşüb:

“Camaatla işləmək, ünsiyyət yaratmaq, insanlarımızı daha yaxından tanımaq, daha çox xidmət etmək, gələcəyə doğru yeni-yeni nailiyyətləri xalqımızla, ələlxüsus da Yasamal rayonu 17 saylı dairənin seçiciləri ilə bölüşmək istəyirəm.

Seçicilərimizlə görüşəndə bu günə qədər nələr etmişik, necə işləmişik, nə qurmuşuq, nələr yaradacağıq, kimlərlə yaratmışıq, məhz bunu qeyd edirəm.

Bu gün çox qürurla deyə bilərəm ki, 2000-ci ildə çox balaca bir şirkət yaratmışıq, səkkiz nəfər işçimiz vardı, bu gün işçi sayı 1900-ə çatıb. Bu, balaca iş deyil. 

Seçicilərlə hər görüşdə mütləq şəkildə qeyd edirik ki, bizim gücümüz insanlarımızdır. Seçkiqabağı təşviqat kampaniyasının birinci günündən qapı-qapı gəzib camaatla görüşmüşük. Bizim gücümüz digər rəqiblərimizi narahat edir. Onlar da Azərbaycanımızın balalarıdır, hamısına hörmətlə yanaşıram”. 

E.Allahverdiyev deyib ki, idmanla, təhsillə bağlı olan dəyişikliklərə üstünlük verəcək:

“Bununla bağlı seçicilərlə görüşdə danışmışıq. Bu, vacib məsələdir.

Əsas prinsipim birlikdir. Mən 17-ci dairədə namizəd kimi birliyin tərəfdarıyam. Namizədlər arasında da birliyin tərəfdarıyam. Bu gün Azərbaycan xalqının birliyə çox ehtiyacı var. Bu, həm daxildə, həm xaricdə yaşayana aiddir.

Azərbaycan stabil və real gücə malik dövlətdir”.